İllik maliyyə hesabatı verməyən QHT-lər barədə Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat veriləcək

İllik maliyyə hesabatı verməyən QHT-lər barədə Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat veriləcək “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilib
Daxili siyasət
3 Aprel , 2016 01:30

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliklə, Maliyyə Nazirliyi müəyyən edilmiş müddətdə illik maliyyə hesabatlarını təqdim etməyən və yazılı surətdə xəbərdarlıq edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat verəcək.

Son xəbərlər

Orphus sistemi