Qubad İbadoğluya görə tanınmış iki müsavatçı partiyadan istefa verib

Qubad İbadoğluya görə tanınmış iki müsavatçı partiyadan istefa verib Onlar İsa Qəmbərin müşavirləri olub
Daxili siyasət
6 Fevral , 2015 22:50
Qubad İbadoğluya görə tanınmış iki müsavatçı partiyadan istefa verib

Onlar İsa Qəmbərin müşavirləri olub

Bakı. 6 fevral. REPORT.AZ/ Müsavat Partiyası başqanının sabiq müşavirləri Hüseyn Məlik və Səftər Nəhmətli partiyadan istefa verib. Bu barədə “Report”a Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib. O bildirib ki, H.Məlik və S.Nəhmətli başqanlığa sabiq namizəd Qubad İbadoğlunun Divanın qərarı ilə partiyadan xaric edilməsinə etiraz olaraq bu addımı atıblar.

S.Nəhmətli həm də tanınmış təhsil ekspertidir.

Qeyd edək ki, bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantıda Müsavat başqanlığına sabiq namizəd, tanınmış iqtisadçı Qubad İbadoğlunun partiyadan xaric edilməsi barədə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi