İsrailin ölkəmizdəki səfiri Naxçıvana səfər edib

İsrailin ölkəmizdəki səfiri Naxçıvana səfər edib Səfir Rafael Harpaz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb
Daxili siyasət
13 May , 2015 22:13
İsrailin ölkəmizdəki səfiri Naxçıvana səfər edib

Bakı. 13 May. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşüb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin sədri qonağın bu səfərinin Naxçıvanın tarixi, mədəni irsi və müasir inkişafı ilə tanışlıq üçün yeni imkanlar açacağını qeyd edib, səfirə işlərində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Rafael Harpaz ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvana növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. İsrail-Azərbaycan münasibətlərinə toxunan səfir ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirildiyini bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi