​İnzibati aktın yerinə yetirilməməsinə görə cərimənin maksimum və minimum həddi müəyyənləşdirilib

​İnzibati aktın yerinə yetirilməməsinə görə cərimənin maksimum və minimum həddi müəyyənləşdirilib Cərimənin miqdarı dörd manatdan az ola bilməz
Daxili siyasət
10 Aprel , 2015 10:27
​İnzibati aktın yerinə yetirilməməsinə görə cərimənin maksimum və minimum həddi müəyyənləşdirilib

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar verib. “Report” xəbər verir ki, baş nazir Artur Ras-zadənin imzaladığı qərara əsasən, cərimənin miqdarı 4 manatdan az ola bilməz. Fiziki şəxslər 44 manatdan, hüquqi şəxslər isə 330 manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

Həmçinin, dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır.

Son xəbərlər

Orphus sistemi