Çingiz Əsgərov: "Vətəndaş cəmiyyəti ilə hökumət arasındakı dialoq səmərə verir"

Çingiz Əsgərov: "Vətəndaş cəmiyyəti ilə hökumət arasındakı dialoq səmərə verir" İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Milli Məclisdə dinləmələr keçirib
Daxili siyasət
1 İyun , 2016 16:16
Çingiz Əsgərov: Vətəndaş cəmiyyəti ilə hökumət arasındakı dialoq səmərə verir

Bakı. 1 iyun. REPORT.AZ/ Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu dinləmələr keçirib.

“Report”un xəbərinə görə, tədbirdə dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri İşçi Qrupun həmsədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov açaraq bildirib ki, İşçi Qrup fəaliyyətini uğurla davam etdirir: "İşçi Qrupun tərkibində olan qeyri-hökumət təşkilatları da fəallıq göstərirlər. İşçı Qrupun fəaliyyəti normaldır, bundan sonra da işlərimizi davam etdirəcəyik”.

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov çıxışında deyib ki, vətəndaş cəmiyyəti ilə hökumət arasındakı dialoq səmərə verir: “Qeyri-hökumət təşkilatları bu istiqamətdə fəallıq göstərirlər. Bu, müsbət haldır. Hesab edirəm ki, İşçı Qrupun fəaliyyəti səmərəlidir”.

Sonra vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək insan haqları ilə bağlı fikirlərini bildiriblər.

Tədbir qapalı davam etdirilib.

Son xəbərlər

Orphus sistemi