İlham Əliyev: "Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaqlar"

İlham Əliyev: "Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaqlar" "Azərbaycanda son illər ərzində əldə edilən uğurları qoruyacağıq"
Daxili siyasət
18 Yanvar , 2016 15:02
İlham Əliyev: Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaqlar

Bakı. 18 yanvar. REPORT.AZ/ "Çörəyin və unun qiymətinin aşağı salınması bir sosial təşəbbüsdür. Biz bunu ilk növbədə çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq edirik. Gələcəkdə çalışmalıyıq ki, bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar".

"Report" xəbər verir ki, bunu yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Biz Azərbaycanda son illər ərzində əldə edilən uğurları qoruyacağıq. Ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin", - Prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi