​İlham Əliyev: "Bu gün Avropa böhran içindədir"

​İlham Əliyev: "Bu gün Avropa böhran içindədir" "Bizim bölgədə faciəli, dəhşətli hadisələr baş verir"
Daxili siyasət
6 Oktyabr , 2015 23:51
​İlham Əliyev: Bu gün Avropa böhran içindədir

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Göyçay rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib.

"Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir", - deyə dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi