İki rayonun yol polisinin rəisi dəyişdirilib

İki rayonun yol polisinin rəisi dəyişdirilib Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin rayon şöbələrinə təyinatlar olub
Daxili siyasət
12 Oktyabr , 2016 12:19
İki rayonun yol polisinin rəisi dəyişdirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BŞBDYPİ) Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi polis polkovniki Vüqar Hüseynov vəzifəsindən azad edilərək Binəqədi DYPŞ-nin rəisi təyin edilib.

Binəqədi DYPŞ-nin rəisi polis polkovnik-leytenantı Cavanşir Ələkbərov isə vəzifəsindən azad edilərək Xəta DYPŞ-nin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi