​Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

​Mərkəzi Seçki Komissiyasının iclası keçirilib İclasda cari məsələlərə baxılıb
Daxili siyasət
7 Aprel , 2015 23:28
​Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK-dan "Report"a verilən məlumata görə, əvvəlcə Komissiyanın 12 fevral 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra MSK Katibliyi strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə dair məsələ müzakirə olunub. Komissiya Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə 30 sentyabr 2014-cü il tarixli Azərbaycan Respublikası qanununu rəhbər tutaraq MSK Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsini qərara alıb.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Son xəbərlər

Orphus sistemi