Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək Qəbulda Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Daxili siyasət
16 Avqust , 2016 15:56
Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək

Bakı. 16 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş avqustun 26-da saat 10:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Xiyabanı 5) olacaq.

Qəbulda Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Ağdaş şəhəri, Heydər Əliyev Prospekti 1) müraciət edə (əlaqə telefonları: 020-235-51-10, 050-674-53-42, 050-612-54-00) bilərlər.

Son xəbərlər

Orphus sistemi