Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarına dəyişiklik edilib

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarına dəyişiklik edilib DSMF sözləri ƏƏSMN-lə əvəzlənib
Daxili siyasət
24 Sentyabr , 2016 01:16
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarına dəyişiklik edilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın təsdiq edilməsi haqqında” 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edib.

"Report" xəbər verir ki, baş nazir Artur Rasizadə imzaladığı qərarda bildirilir:

“Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın 6.7-ci bəndində (Qeyri-kommersiya qurumları və təhsil müəssisələri (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra hər ay müəyyən edilmiş formada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna məlumat verilir), 6.8-ci bəndinin birinci cümləsində (Qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumları və təhsil müəssisələri ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, habeJə qeyri-hökumət təşkilatlan və xarici qeyrİ-hökumət təşkilatlannın fılial və ya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə, bu barədə (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna məlumat verilir), 6.8-1-ci bəndinin ikinci (hər gün dövlət qeydiyyatına aldığı kommersiya hüquqi şəxslərinin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları barədə məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna elektron və (və ya) kağız daşıyıcı formasında göndərir;) və üçüncü abzaslarında (qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsinin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialı ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna bir gün müddətində bu barədə məlumat (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi