Azərbaycan hökuməti Milli Məclisdə hesabat verib

Azərbaycan hökuməti Milli Məclisdə hesabat verib Hesabatı baş nazir Artur Rasi-zadə təqdim edib
Daxili siyasət
17 Mart , 2015 13:08
Azərbaycan hökuməti Milli Məclisdə hesabat verib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası keçirilib. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunacaq.

Sədr çıxışı zamanı deyib ki, hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılıb. 

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilib. 

O.Əsədov çıxışının sonunda qeyd edib ki, hökumətin hesabatının Milli Məclisdə keçirilən müzakirələri icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşməsinə, mövcud problemlərin araşdırılmasında və həllində millət vəkillərinin iştirakına imkan yaradır. O bildirib ki, təqdim olunan hesabatdan da göründüyü kimi, hökumət müzakirələr zamanı millət vəkillərinin təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında onları nəzərə alır.

Sonra Azərbaycanın baş naziri Artur Rasi-zadə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. Baş nazir bildirib ki, Azərbaycanın ardıcıl islahatlara və sistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilib: "Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafının başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir".

Son xəbərlər

Orphus sistemi