Heydər Əliyev Mükafatına Tahir Salahovun namizədliyi irəli sürülüb

Heydər Əliyev Mükafatına Tahir Salahovun namizədliyi irəli sürülüb Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı hər il mayın 10-da – Heydər Əliyevin doğum günündə verilməlidir
Daxili siyasət
3 Aprel , 2015 16:08
Heydər Əliyev Mükafatına Tahir Salahovun namizədliyi irəli sürülüb

Bakı. 3 aprel. REPORT.AZ/ 2015-ci il üçün Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatına xalq rəssamı Tahir Teymur oğlu Salahovun namizədliyi müvafiq şəxslər və təşkilatlar tərəfindən “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nə uyğun olaraq Komissiyaya təqdim edilib.

“Report”un xəbərinə görə, bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasından məlumat verilib.

Qeyd edək ki, bu mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı fərmanla təsis olunub. Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı hər il mayın 10-da - Heydər Əliyevin doğum günündə verilməlidir.

Son xəbərlər

Orphus sistemi