Mərhum professorun "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib - FOTOLAR

Mərhum professorun "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib - FOTOLAR Kitab 10 fəsildən ibarətdir
Daxili siyasət
26 May , 2015 13:27
Mərhum professorun Heydər Əliyev-milli ləyaqət ölçüsü kitabının təqdimatı keçirilib - FOTOLAR

Bakı. 26 may. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının keçmiş sədri, "91-lər"dən biri olan mərhum professor Zahid Qaralovun "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib. "Report" xəbər verir ki, təqdimat mərasimində YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, Milli Məclisin sədr müavini Bahar Muradova, YAP Səbail rayon təşkilatının rəhbəri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov iştirak ediblər.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev kitabın müəllifi Zahid Qaralovun xidmətlərindən danışıb: "Bu, bitib-tükənməyən bir xəzinədir və hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Ümummilli lider Heydər Əliyev haqqında indiyədək çox sayda kitablar yazılıb. Belə bir şəxsiyyət Azərbaycan tarixində nadir hallarda olub".

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, YAP-ın qurulmasında mərhum Z.Qaralovun böyük əməyi olub: "Heç kimin iradəsinə tabe olmadan, yalnız öz əqidəsi və idealı qarşısında hesabat verməyi məqbul sayan, zamanın və hadisələrin dəyişə bilmədiyi məğrur, saf, bütöv xarakterə malik və ən əsası, bütün hallarda vicdanlı insanı – Zahid Qaralovu itirdik. YAP-ın qurulmasında çox böyük xidmətləri olan Zahid müəllimin həyatı və fəaliyyəti bir çoxlarımız, xüsusilə gənc nəsil üçün əvəzsiz örnəkdir. Ümummilli lider Heydər Əliyev ideyalarının və idealının əbədiyaşar olması yolunda yorulmadan çalışan biri kimi yaddaşlarda və xatirələrdə yaşayacaq bu insanın vəfatından doğan kədərimi ifadə edirəm".

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Z.Qaralov fəaliyyətinin bütün dövründə öz əsərləri ilə ictimaiyyəti təmin edib: "Bundan sonra da professorun kitabları toplanıb çap ediləcək. Mərhumla mütəmadi olaraq ünsiyyətdə olmuşuq, eləcə də regionlarda tədbirlərdə iştirak etmişik. Onun apardığı təbliğat, təşviqat işinin nəticəsi olaraq 10-a yaxın insan 91-lərin üzvü olub. Zahid müəllimin həyatı ümummilli lider Heydər Əliyev yolu ilə bağlı olub".

Tədbirin digər iştirakçıları mərhumla bağlı fikirlərini bölüşüblər. 

Qeyd edək ki, 10 fəsildən ibarət olan kitab Azərbaycanı ağıllı siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun kəsilməz xətt boyunca inkişafının yollarını göstərən, hər bir azərbaycanlının "Ulu öndər" deyib, fəxr etdiyi dahi bir şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib.

Son xəbərlər

Orphus sistemi