Hadı Rəcəbli: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi deyir yeni maşın verilsin”

Hadı Rəcəbli: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi deyir yeni maşın verilsin” “Nə edirsən, yenə də narazı qalırlar”
Daxili siyasət
18 Aprel , 2016 15:14
Hadı Rəcəbli: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi deyir yeni maşın verilsin”

Bakı. 18 aprel. REPORT.AZ/ “Qarabağ əlillərinə mənzillər verilir. Sadəcə, burada bir məsələ var, mənzillər ilk olaraq, l qrup əlillərə verilməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin iclasında deyib.

O, əlillərin bəzi məsələlərlə bağlı narazı olduğunu da qeyd edib: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verilsin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir?! Bu, doğru yanaşma deyil. Nə edirsən, yenə də narazı qalırlar”.

Son xəbərlər

Orphus sistemi