Göyçay və Ağdaş rayonlarında səsvermə davam edir

Göyçay və Ağdaş rayonlarında səsvermə davam edir DSK üzrə səsvermə prosesini 394 yerli müşahidəçi izləyir
Daxili siyasət
26 Sentyabr , 2016 15:16
Göyçay və Ağdaş rayonlarında səsvermə davam edir

Göyçay. 26 sentyabr. REPORT.AZ/ Göyçay və Ağdaş rayonlarında referendum üzrə səsvermə fəallıqla davam edir. "Report"un Şirvan bürosunun məlumatına görə, 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi seçki məntəqələrində 232 nəfər ilk dəfə səs verir. DSK üzrə  39 005 seçici siyahıya alınıb və həmin seçicilərdən 12 299 nəfər saat 12:00-a qədər səsvermədə iştirak edib. Bu da dairə üzrə ümumi seçicilərin 31 faizini təşkil edir. 

DSK üzrə Göyçayda 19, Ağdaşda isə 17 məntəqə olmaqla 36 məntəqədə səsvermə təşkil olunub. 12 məntəqədə veb-kameralar quraşdırılıb.

DSK üzrə  səsvermə prosesini 394 yerli müşahidəçi izləyir.

Son xəbərlər

Orphus sistemi