Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb Nazirlər Kabineti müvafiq siyahıya dəyişikliklər edib
Daxili siyasət
31 Yanvar , 2016 01:06
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.

“Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliklə Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb. “Gəncə Olimpiya İdman Kompleksi” MMC, “Tovuz Olimpiya İdman Kompleksi” MMC, “İmişli Olimpiya İdman Kompleksi” MMC, “Qəbələ Olimpiya İdman Kompleksi” MMC, “Sumqayıt Olimpiya İdman Kompleksi” MMC, “Astara Olimpiya İdman Kompleksi” MMC, “Cəlilabad Olimpiya İdman Kompleksi” MMC, “Qobustan Olimpiya İdman Kompleksi” MMC, “Xaçmaz Olimpiya İdman Kompleksi” MMC, “Şirvan Olimpiya İdman Kompleksi” MMC, “Qax Olimpiya İdman Kompleksi” MMC, “Göygöl Olimpiya İdman Kompleksi” MMC, “Goranboy Üzgüçülük Hovuzu” MMC, “Daşkəsən Rayon Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC, “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu” MMC, “Milli Gimnastika Arenası” MMC, “Su İdmanı Sarayı” MMC” Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
 

Son xəbərlər

Orphus sistemi