​Fövqəladə hallar naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək

​Fövqəladə hallar naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq
Daxili siyasət
23 Fevral , 2016 10:29
​Fövqəladə hallar naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsu şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş fevral ayının 25-i saat 11:00-da Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında olacaq.

Qəbulda yalnız Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51) fevral ayının 24-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi