FHN-in kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

FHN-in kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır
Daxili siyasət
16 Dekabr , 2015 10:53
FHN-in kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü münasibəti ilə nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Son xəbərlər

Orphus sistemi