Bakı. 3 iyun. REPORT.AZ/ Prezident
"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.