Elməddin Behbud bəzi layihələrin seleksiyadan keçməməsinin səbəblərini açıqlayıb

Elməddin Behbud bəzi layihələrin seleksiyadan keçməməsinin səbəblərini açıqlayıb “İyun ayının ilk ongünlüyündə müsabiqə nəticələrinin elan olunması nəzərdə tutulur”
Daxili siyasət
26 May , 2016 17:22
Elməddin Behbud bəzi layihələrin seleksiyadan keçməməsinin səbəblərini açıqlayıb

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il ikinci maliyyə müsabiqəsinə 295 layihə təklifi daxil olub.

Bu barədə "Report"a Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib.

E.Behbud bildirib ki, qeyri-hökumət təşkilatlarının təqdim etdiyi layihələrdən 21-i təşkilatın qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə sənədlərinə zəruri əlavələrin edilməməsi və digər bu kimi səbəblərdən seleksiyadan keçməyib: "Şura 274 layihəni isə ekspertizaya təqdim edib. Hər bir layihəni 3 müxtəlif ekspert (dövlət orqanı nümayəndəsi, müstəqil ekspert və Şura Katibliyinin əməkdaşı) qiymətləndirir".

O deyib ki, hazırda ekspertiza mərhələsi yekunlaşıb və müvafiq arayışlar Şuranın müzakirəsinə təqdim olunub: "İyun ayının ilk ongünlüyündə müsabiqə nəticələrinin elan olunması nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi