Elmar Məmmədyarov Meksikanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Meksikanın Azərbaycandakı səfirini qəbul edib Xuan Rodriqo Labardini Flores etimadnaməsinin surətini nazirə təqdim edib
Daxili siyasət
29 May , 2015 19:43
Elmar Məmmədyarov Meksikanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 29 may. REPORT.AZ/ Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunan ilk səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib. Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Elmar Məmmədyarov Xuan Floresi ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş əsnasında Azərbaycan və Meksika arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından perspektivlərin olduğu qeyd edilib.

Səfir fəaliyyəti dövründə Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

X.Flores etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Son xəbərlər

Orphus sistemi