​Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

​Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib
Daxili siyasət
26 Avqust , 2015 18:15
​Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 26 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə səfir Dan Stav etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Dan Stava diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi