Bakı. 9 sentyabr. REPORT.AZ/ "Bütün dövlət qurumlarında olduğu kimi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Astanada keçiriləcək Xarici İşlər Nazirləri Şurasında iştirak etmək üçün Qazaxıstana yola düşməzdən əvvəl xarici işlər naziri Elmar Məmmədyarov KİV nümayəndələrinə açıqlamasında bildirib.
"Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, Xarici İşlər Nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə dövlət başçısının bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edirlər", - deyə nazir əlavə edib.