​Elmar Məmmədyarov: "ATƏT DTİHB-in müəyyən dairələrin əlində siyasi alətə çevrilməsi qəbuledilməzdir"

​Elmar Məmmədyarov: "ATƏT DTİHB-in müəyyən dairələrin əlində siyasi alətə çevrilməsi qəbuledilməzdir" "Təsisatın 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində qərəzli fəaliyyəti ciddi təəssüf doğurub"
Daxili siyasət
8 Aprel , 2015 19:09
​Elmar Məmmədyarov: ATƏT DTİHB-in müəyyən dairələrin əlində siyasi alətə çevrilməsi qəbuledilməzdir

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Georg Linki qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov ATƏT DTİHB-in 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində qərəzli fəaliyyətinin ciddi təəssüf doğurduğunu diqqətə çatdırıb. Sözügedən seçkilərdə ATƏT DTİHB-in müşahidəçilərinin qərəzli və qeyri-obyektiv davranışları ilə fərqləndiklərini deyərək, bu təsisatın müəyyən dairələrin əlində siyasi alətə çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Elmar Məmmədyarov yeni təyin olunmuş direktorun rəhbərliyi altında ATƏT DTİHB-in daha müstəqil təsisat olacağına və üzv dövlətlərin ona bəslədiyi etimadı doğruldacağına inandığını qeyd edib.

Mixael Georg Link Azərbaycana səfəri müddətində məhsuldar görüşlər keçirdiyini qeyd edərək, səsləndirilən məqamların ciddi surətdə nəzərə alındığını və təşkilatın Azərbaycan ilə institusional səviyyədə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi