Əli Kərimlinin yaşadığı binanın qarşısında daha bir aksiya keçirilib - FOTO

Əli Kərimlinin yaşadığı binanın qarşısında daha bir aksiya keçirilib - FOTO Aksiyada "Şəhidlər ölməz, vətən bölünməz", "Ar olsun" şüarları səsləndirilib
Daxili siyasət
9 Aprel , 2016 13:16
Əli Kərimlinin yaşadığı binanın qarşısında daha bir aksiya keçirilib - FOTO

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısına yürüş ediblər.

"Report"un xəbərinə görə, yürüşdə Ə.Kərimlinin son günlər cəbhədə baş verənlərlə bağlı dövlətin yürütdüyü siyasəti tənqid etməsinə etiraz edilib.

Bildirilib ki, Ə.Kərimli Azərbaycan dövlətinin siyasətini tənqid etməklə ermənilərə şans verir. Həmçinin erməni xəbər saytlarının Əli Kərimlinin yazılarına istinad etməsi pislənilib.

Aksiyada "Şəhidlər ölməz, vətən bölünməz", "Ar olsun" şüarları səsləndirilib.

Xatırladaq ki, bu, aprelin 9-da Ə.Kərimlinin yaşadığı binanın qarşısında keçirilən ikinci aksiyadır.

Son xəbərlər

Orphus sistemi