Əli Həsənov: "Seçki islahatları ilə bağlı müzakirəyə lüzum görmürük"

Əli Həsənov: "Seçki islahatları ilə bağlı müzakirəyə lüzum görmürük" "Bununla bağlı ümumiləşdirilmiş təklif daxil olub"
Daxili siyasət
15 May , 2015 10:58
Əli Həsənov: Seçki islahatları ilə bağlı müzakirəyə lüzum görmürük

Bakı. 15 may. REPORT.AZ/ "Prezident Administrasiyasına daxil olan yeganə təklif Azərbaycanda qarşıdan gələn parlament seçkilərlə bağlı seçki islahatlarının aparılması və siyasi partiyaların seçkilərdə iştirakı haqda idi. Bununla bağlı ümumiləşdirilmiş təklif daxil olub. Bu gün hakimiyyət belə bir təkilifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil. Biz hakimiyyət olaraq buna lüzum da görmürük". "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iqtidar-müxalifət görüşünün giriş nitqində belə deyib. 

Ə.Həsənov qeyd edib ki, seçki islahatlarını, qarşıdan gələn parlament seçkisini müzakirəyə çıxarmaq niyyətləri olub, amma sonradan bundan vaz keçiblər: "Çünki bu gün cəmiyyəti daha çox birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi maraqlandırır. Hazırda gündəmdə dayanan məsələ budur". 

Onun sözlərinə görə, siyasi partiyaların irəli sürdüyü bütün təkliflər Prezident Administrasiyasında müzakirə olunur: "Deyim ki, faktiki olaraq, Azərbaycan cəmiyyəti üçün aktual və hamının marağına səbəb olacaq ciddi bir təklif daxil olmayıb". 

Ə.Həsənov qeyd edib ki, istər hakimiyyət olsun, istər digər siyasi partiyalar olsun, bütün tərəflər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir: “Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, əlbəttə, orada iqtidarla müxalifətin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsinin aparılması, siyasi partiyaların bununla bağlı fikirlərini dinləmək, hakimiyyətin siyasəti ilə onun uyğunlaşdırılması, uzlaşdırılması məsələlərinə baxılması üçün bundan sonra qəbul olunan qərarların optimal olmasına çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi