​Əli Həsənov: “Bloq media orqanı deyil”

​Əli Həsənov: “Bloq media orqanı deyil” “Sosial şəbəkəni idarə etmək çox çətindir”
Daxili siyasət
2 Oktyabr , 2015 13:09
​Əli Həsənov: “Bloq media orqanı deyil”

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Sosial şəbəkələrdə baş verənlər çox ciddi məsələdir. Bəzən kimlərsə bloq yaradır və orada öz fikirlərini ifadə edir. Bloq media orqanı deyil, axı... Bəzən hansısa bloqqerlər xuliqanlıq maddəsi ilə ittiham olunur, tutulur. Beynəlxalq təşkilatlar da bəyanat yayırlar ki, bloqqer həbs olunub. Bununla da Azərbaycana qarşı kampaniya başladırlar”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, sosial şəbəkəni idarə etmək çox çətindir: “Bunu yaradanlar da idarə edə bilmirlər. Bəzən məşhur adamların adından sosial şəbəkələrdə saxta profillər açılır. Bunun qarşısını almaq hələlik mümkün deyil”.

Ə.Həsənov qeyd edib ki, internet media ilə sosial şəbəkələri ayırmaq lazımdır: “Bunlar ayrı-ayrı şeylərdir”.

Son xəbərlər

Orphus sistemi