Əli Əhmədov: "Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib"

Əli Əhmədov: "Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib" "Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40%-dən çoxu YAP-ın namizədi olub"
Daxili siyasət
23 Dekabr , 2014 20:36
Əli Əhmədov: Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib
Bakı. 23 dekabr. REPORT.AZ/ "Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərin 16 760 nəfər namizədi olub. Bunlardan 4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb". "Report"un məlumatına görə, bunu YAP-ın sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, YAP-ın resursunun ölkədə nə qədər çox olmasından xəbər verir: "YAP bugünkü bələdiyyə seçkilərində çox yaxından iştirak edib, bütün bələdiyyələrdə öz namizədini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40%-dən çoxu YAP-ın namizədi olub".

Ə.Əhmədov seçkilərin baş tutduğunu deyərək vurğulayıb ki, partiya seçkinin nəticələrinə böyük ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir. Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib. Müşahidəçilərimiz çox geniş şəkildə prosesdə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq".

Son xəbərlər

Orphus sistemi