Əli Əhmədov: "Prezident İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə dünyaya çox mühüm mesaj verdi"

Əli Əhmədov: "Prezident İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə dünyaya çox mühüm mesaj verdi" "Dövlət başçısı cəbhə bölgəsində yaşayan insanlar və hərbçilərlə görüşməklə onlarla bir yerdə olduğunu göstərdi"
Daxili siyasət
7 May , 2016 11:45
Əli Əhmədov: Prezident İlham Əliyev cəbhə bölgəsinə səfər etməklə dünyaya çox mühüm mesaj verdi

Bakı. 7 may. REPORT.AZ/ "Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri dövlət başçısının vəzifəsinin icrası çərçivəsində baş tutur. Ali Baş Komandanın əsgərlələ görüşməsi onlarda əhval-ruhiyyənin artmasına, döyüş qabiliyyətinin güclənməsinə təsir göstərir". 

"Report" xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. 

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlər zamanı əziyyət çəkmiş, zərər dəymiş insanlarla görüşlər həmin vətəndaşlara Prezident tərəfindən göstərilən qayğıdır: "Belə səfərlər bütövlükdə cəmiyyətdəki əhval-ruhiyyənin yüksəldilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Bu bir daha onu göstərdi ki, Prezident İlham Əliyev döyüş bölgəsində yaşayanlar, səngərlərdə ərazi bütövlüyümüzü qoruyan, torpaqlarımızı düşmən işğalından azad etmək üçün canlarından keçməyə hazır olan əsgərlərimizlə bir yerdədir. Dövlət başçısı onlarla görüşməklə həmin insanlarla bir yerdə olduğuna dair cəmiyyətə mesaj verdi". 

Ə.Əhmədov hesab edir ki, Prezident İlham Əliyevin cəbhə bölgəsinə etdiyi səfərlər, keçirdiyi görüşlər xalq və iqtidar birliyinin bariz nümunəsidir: "Bunun beynəlxalq əhəmiyyəti də var. Prezident İlham Əliyev bununla bütün dünyaya çox mühüm mesaj verdi və göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan başda olmaqla, öz torpaqlarını işğaldan azad etmək üçün hazırdır, bu yolda hər bir addımı atmağa qüdrəti çatır. Hətta ölümə getmək lazım olsa belə buna hazırdır. Bütün bunlar beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesajdır".

Son xəbərlər

Orphus sistemi