Əli Əhmədov: "Dünyada "radikalizim" deyilən anlayış özünü açıq şəkildə göstərir"

Əli Əhmədov: "Dünyada "radikalizim" deyilən anlayış özünü açıq şəkildə göstərir" "İslam dini radikalizm formasında dünyaya təqdim edilir"
Daxili siyasət
5 Dekabr , 2014 12:26
Əli Əhmədov: Dünyada radikalizim deyilən anlayış özünü açıq şəkildə göstərir

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün dünyada "radikalizim" deyilən anlayış özünü açıq şəkildə göstərir. İslam dini radikalizm formasında dünyaya təqdim edilir.

"Report"  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi Rayon Təşkilatında Milli Mənəvi Dəyərlərimiz : Tarixlik, Varislik və Müasirlik mövzusunda gənclərlə keçirilən görüşdə baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov bildirib.

“Siyasi radikalizm cəmiyyətdə sabitliyi pozur əmin-amanlığı  və Azərbaycan cəmiyyətində vətəndaş dialoqunu pozur. Sabitliyin olmadığı yerdə, radikalizmin hökm sürdüyü yerdə inkişafdan danışmaq olmaz. Ola bilsin ki, bu radikalizmin zahiri görünüşü var. Amma bu görünüşdən istifadə etmək
bizim yaşadığımız regionda ciddi narahatlığa səbəb olmasının qarşısı alınmalıdır. Radikalizm cəmiyyətdə sabitliyi, əmin-amanlığı və Azərbaycan cəmiyyətində vətəndaş dialoqunu pozur”, - Ə.Əhmədov deyib.

Son xəbərlər

Orphus sistemi