DYP-də Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib

DYP-də Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib Bakı Şəhər Dövlət Yol Polis İdarəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib.
Daxili siyasət
25 Fevral , 2022 11:57
DYP-də Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra İdarə rəisi polis polkovniki Rəşid Piriyev şəxsi heyətə qarşısında Xocalı soyqırımı haqqında danışıb.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov da çıxış edib. O, xalqımıza qarşı aparılan soyqırım siyasətinin tarixi barədə geniş məlumat verib.

Tədbir mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.

Son xəbərlər

Orphus sistemi