“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib
Daxili siyasət
8 Sentyabr , 2016 13:18
“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr təklif edilir.

“Report”un xəbərinə görə, maddənin birinci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil olunur.

Maddənin ikinci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı “orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də daxil edilir.

Maddənin üçüncü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilərək qüvvədə olan “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri” dəyişdirilərək “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların bölmə rəhbərlərinin müavinləri” kimi verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi