Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsi tələbləri təsdiqlənib

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsi tələbləri təsdiqlənib Nazirlər Kabinetinin qərarına görə, “elektron xidmətlər” “dövlət xidmətləri” sözləri ilə əvəzlənib
Daxili siyasət
24 Sentyabr , 2016 00:54
Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsi tələbləri təsdiqlənib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”I təsdiqləyib.

"Report"un məlumatına görə, “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in 5.2-ci bəndində “elektron xidmətlər” sözləri “dövlət xidmətləri” sözləri ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi