​Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına iş üçün müraciət edənlərin sayı açıqlanıb

​Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına iş üçün müraciət edənlərin sayı açıqlanıb Seçim prosesindən keçmiş və işə qəbul üçün digər tələblərə uyğunluğu araşdırılacaq namizədlər məlumatlandırılıb
Daxili siyasət
2 Mart , 2016 12:36
​Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına iş üçün müraciət edənlərin sayı açıqlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına işə qəbulla bağlı 883 nəfər müraciət edib.

Dövlət Komissiyasının İşci qrupundan "Report"a verilən məlumata görə, onların arasında müəyyən olunmuş proqram çərçivəsində yoxlama aparılıb və seçim tədbiri başa çatdırılıb. Seçim prosesindən keçmiş və işə qəbul üçün digər tələblərə uyğunluğu araşdırılacaq namizədlər məlumatlandırılıb.

Qeyd edək ki, komissiyanın sədri Mədət Quliyevin göstərişinə əsasən, 2015-ci il dekabrın 19-da komissiyanın rəsmi saytında İşçi qrupundakı vakant vəzifələrə işə qəbulla bağlı elan verilmişdi.

Son xəbərlər

Orphus sistemi