Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq ediləcək

Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq ediləcək Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
17 Mart , 2016 12:16
Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq ediləcək

Bakı. 17 mart. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünki iclasında Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq edilməsi təklif olunub.

“Report”un xəbərinə görə, Cinayət Məcəlləsinə yeni - 308-1-ci maddənin əlavə edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunacaq.

Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi