Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı qaldırılacaq

Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı qaldırılacaq Tədbirdə güc strukturlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edəcək
Daxili siyasət
8 Noyabr , 2014 17:58
Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı qaldırılacaq
Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan bayrağı 9 noyabr - Dövlət Bayrağı Günü səhər saat 10:00-da Dövlət Bayrağı Meydanında qaldırılacaq.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat katibi Hüseyn Azəri deyib.

Onun sözlərinə görə, idarə bu tədbiri "Mən azərbaycanlıyam" aksiyasının davamı olaraq həyata keçirir: "Bu aksiyada hər kəs iştirak edə bilər".

Tədbirdə güc strukturlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi