​Dövlət başçısı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikləri təsdiq edib

​Dövlət başçısı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikləri təsdiq edib Nazirlər Kabinetinə təkliflərini üç aya hazırlayıb prezidentə təqdim etməsi tapşırılıb
Daxili siyasət
15 Yanvar , 2016 08:42
​Dövlət başçısı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikləri təsdiq edib

Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 18 dekabr tarixli 61-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, "Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və prezident aktlarının “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin".

Dövlət başçısının qanunun tətbiqi ilə əlaqədar qərarında bildirilir ki, “Tütün və tütün məmulatı haqqında” qanunda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 14.3.4-1-ci və 15.3.3-1-ci maddələr əlavə edilsin:

“14.3.4-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;”.

“15.3.3-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;”.

2. 16.2.4-cü maddədə “çox olduqda” sözlərindən sonra “, yaxud tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda” sözləri əlavə edilsin.

Son xəbərlər

Orphus sistemi