Bakı. 11 aprel. REPORT.AZ/ “Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır. Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürüb və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir".
"Report" xəbər verir ki, bunu aprelin 10-da prezidenti
"Birinci rübdə enerji sektorunda iki önəmli hadisə baş verib. Fevralın 12-də “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası bizim təşəbbüsümüzlə Bakıda keçirilib. Bildiyiniz kimi, keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulub və Məşvərət Şurası iclasının keçirilməsi çox önəmli hadisə idi. Bu toplantıda “Cənub” qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək üzvləri iştirak edirdi. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd edilib. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulub. Bu hadisə əlbəttə ki, dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi 4 hissədən ibarətdir, TANAP onun önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı - “Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaq. TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcək. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək.
“Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır. Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürübdür və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir. Biz 2012-ci ildə Prezident Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və 2015-ci ildə TANAP layihəsinin təməl daşını qoyduq. Görün, qısa müddət ərzində nə qədər iş görülmüşdür. Bundan əvvəl TAP layihəsi seçilmişdir, “Şahdəniz-2” layihəsinə start verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən