Dövlət başçısı: “Biz heç kimin yardımından asılı deyilik”

Dövlət başçısı: “Biz heç kimin yardımından asılı deyilik” “Özümüz kimə lazımdırsa yardım göstərə bilərik”
Daxili siyasət
3 İyun , 2016 11:28
Dövlət başçısı: “Biz heç kimin yardımından asılı deyilik”

“Özümüz kimə lazımdırsa yardım göstərə bilərik”

Bakı. 3 iyun. REPORT.AZ/ “Diaspora təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı infromasiya təminatında görürük”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərkən deyib.

“Uzun illər erməni diasporası dünyada bizim o vaxt zəif olmağımızdan, müstəqilliyimizin ilk illərindən istifadə edərək bizə qarşı çox çirkin kampaniya aparılmasına başlayıb. Kampaniyanın tərkib hissəsi idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı anti-demokratik ölkə kimi təqdim etsinlər, Ermənistanı yazıq, “blokada şəraitində olan ölkə” kimi təqdim etsinlər. Dağlıq Qarabağın tarixi ilə bağlı yalan uydurma məlumatları sızdırsınlar və müəyyən dərəcədə onlar buna nail ola biliblər.

1992-ci ildə Amerika konqresi o məşhur və mənfur 907-ci düzəlişi qəbul etməzdi. Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edib, Xocalı soyqırımını törədir, insanları didərgin salır, etnik təmizləmə aparır, Amerika konqresi “Azadlığa dəstək” aktına düzəliş qəbul edir ki, Azərbaycan birbaşa Amerika dövlətinin yardımından məhrum edilməlidir. Nəyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng, riyakar qətnamə bəlkə heç bir parlament görməyib, Nəyə görə bu baş verib? Ona görə ki, erməni lobbisinə məxsus olan satqın, rüşvətxor konqresmenlər, hansılar ki, hələ də davam edir bu çirkin missiyanı... Bax belə bir yalanı ortaya atıblar.

Azərbaycan isə sadəcə olaraq susurdu. O vaxt bizim diasporamız da yox idi, Azərbaycanı idarə edənlər də bilmirdilər ki, idarəçilik nədir. Ona görə də ölkəni belə uçurum kənarına qoydular və vətəndaş müharibəsi başladı. İndi bu düzəliş qüvvədədir. Bu gün bu düzəlişi aradan götürmək üçün böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz doğrudan da böyük səylər göstərirdik, sonra isə qərara gəldik ki, buna ehtiyac yoxdur. Bu göstərişin heç bir mənası yoxdur. Biz heç kimin yardımından asılı deyilik. Möhkəm ayaqda dayanmışıq. Özümüz kimə lazımdırsa yardım göstərə bilərik”, - İ.Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi