​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI

​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI Kollegiyanın sədri Mübariz Qurbanlıdır
Daxili siyasət
17 Mart , 2015 13:00
​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) kollegiyasının tərkibini təsdiq edib.

"Report"un xəbərinə görə, DQİDK-nin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib. Kollegiyanın sədri Mübariz Qurbanlıdır.

Kollegiyanın üzvləri:

Salahlı Səyyad Adil oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Heydərov Səyavuş Cəmil oğlu -Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

İsmayılov Gündüz Kamil oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Hüseynov Oqtay Nəsir oğlu -Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Babayev Vüqar Səyyad oğlu - Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

Süleymanov Alim Əli oğlu -Qurumlarla İş üzrə Dövlət Komitəsinin ümumi şöbəsinin müdiri.

Son xəbərlər

Orphus sistemi