DİN yol polisinə işçi axtarır

DİN yol polisinə işçi axtarır Ramil Usubov yol-patrul xidməti inspektoru vəzifələrinə işçi seçəcək
Daxili siyasət
25 Avqust , 2015 16:19
DİN yol polisinə işçi axtarır

Bakı. 25 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi yol polisinə işçi axtarır. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla bağlı keçiriləcək sıra baxışında iştirak etmək istəyən şəxslər sentyabrın 1-də saat 9.00-da şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayına gələ bilərlər. Sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:

- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, avtomobil nəqliyyatına aid ali və ya orta-ixtisas təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi, avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənədi olan, yaxud sürücü kimi 3 il əmək stajına malik Azəsrbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Müsabiqəyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi üzrə 35 vakant yol-patrul xidməti inspektoru vəzifəsi elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən, dövlət təhsil müəssisələrində ali təhsil almış və emosional dayanıqlı namizədlərə üstünlük veriləcəkdir.

Son xəbərlər

Orphus sistemi