DİN əməkdaşlarının maaşı artırılıb

DİN əməkdaşlarının maaşı artırılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
18 Yanvar , 2016 17:41
DİN əməkdaşlarının maaşı artırılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, dövlət başçısı sənədi Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalayıb. 

Sərəncamla Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi