Deputat: "Yüksək faizlə istehlak kreditləri verənlər yeni qanunun qəbul edilməsinə mane olurlar"

Deputat: "Yüksək faizlə istehlak kreditləri verənlər yeni qanunun qəbul edilməsinə mane olurlar" Əli Məsimli: "Qanunun qəbulu üçün müəllif hüquqlarından da imtina edə bilərik"
Daxili siyasət
1 Fevral , 2016 13:13
Deputat: Yüksək faizlə istehlak kreditləri verənlər yeni qanunun qəbul edilməsinə mane olurlar

Bakı. 1 fevral. REPORT.AZ/ "Təhsil uşaq bağçalarından başlayır. Ali təhsilə qədər bütün təhsil müəssisələrini beynəlxalq standartlar səviyyəsinə çatdırmaq lazımdır. Ona görə də "Təhsil haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi hazırlamışıq. Layihə üzərində bir qədər işlədikdən sonra sənədi Milli Məclisin plenar iclasına təklif edəcəyik".

"Report" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, bu gün təhsildə yüksək nəticə göstərməyə qadir olan gənclər müəllim yanına getmədən yüksək bal torplayaraq ali məktəbə daxil ola bilir: "Ancaq təhsil haqqını ödəyə bilmədikləri üçün həmin tələbələr ya universitetlərdən çıxarılırlar, ya da özləri kənarlaşırlar. Bu faciə ailələrin perpektivlərinin üzərindən xətt çəkir. Neçə illərdir ki, biz "Təhsil kreditləri haqqında" qanun layihəsini hazırlamışıq. Amma görünən odur ki, 26-28 faizlə istehlak kreditləri verənlər həmin sənədin qəbul edilməsinə mane olurlar. Qanunun qəbulu üçün biz müəllif hüquqlarından da imtina edə bilərik".

Deputat onu da qeyd edib ki, Təhsil Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır: "Çünki təhsil strategiyasında təhsil kreditləri ilə bağlı müddəa yer alıb. Təəssüf ki, strategiyada qoyulan məsələlərin reallaşdırılması gecikdirilir".

Son xəbərlər

Orphus sistemi