Deputat: Əldə etdiyimiz uğurların təməlində Heydər Əliyev siyasəti dayanır

Deputat: Əldə etdiyimiz uğurların təməlində Heydər Əliyev siyasəti dayanır Ümummilli Lider Heydər Əliyev idarəetməsi əsasında formalaşan dövlət kimliyi çağımızın əsas ideyası olmalıdır.
Daxili siyasət
7 May , 2024 12:06
Deputat: Əldə etdiyimiz uğurların təməlində Heydər Əliyev siyasəti dayanır

Ümummilli Lider Heydər Əliyev idarəetməsi əsasında formalaşan dövlət kimliyi çağımızın əsas ideyası olmalıdır.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, heç şübhəsiz bu gün xalq olaraq əldə etdiyimiz zəfər və uğurların təməlində Heydər Əliyev siyasəti dayanır: “Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası isə bizim milli kimliyimizdir. Millət olaraq qarşılaşdığımız ən böyük sınaq göstərdi ki, milli kimlik bütün dəyərlərdən, hətta dini kimlikdən öndə gəlir və bu ən uğurlu modeldir”.

K.Cəfərov qeyd edib ki, bu gün məhz H.Əliyev idarəetməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, suverenlik təmin edilib: “Böyük və qüdrətli Azərbaycana doğru əmin addımlarla irəliləmək üçün məhz bu idarəetmənin əsasında dövlət kimliyimizi bəyan etməli və bütün qüvvələri bu kimlik ətrafında birləşdirməliyik”.

“Hədəfimiz daha qüdrətli və böyük Azərbaycandır. Qalib xalqın bütün təsisatları bu ideya ətrafında dəmir yumruq kimi birləşməlidir. Ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyevin bütün təşəbbüsləri də məhz ideyaya xidmət edir. Ona görə də hər birimiz fərd olaraq, özümüzə sual etməliyik qüdrətli və böyük Azərbaycan üçün dünən nə etmişik, bu gün nə edirik və sabah nə edəcəyik. Çıxdığımız bu yolda, bəyan etdiyimiz dövlət kimliyi hər birimizi birləşdirən əsas dəyər və çağımızın ideyası olmalıdır”, - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi