Komitə sədri: Bəzi dövlət qurumlarının “Qaynar xətt"ində bir çox zənglərə cavab verilmir

Komitə sədri: Bəzi dövlət qurumlarının “Qaynar xətt"ində bir çox zənglərə cavab verilmir Bəzi dövlət qurumlarının yaratdığı “Qaynar xətlər” öz adına uyğun fəaliyyət göstərmir.
Daxili siyasət
7 May , 2024 11:57
Komitə sədri: Bəzi dövlət qurumlarının “Qaynar xəttində bir çox zənglərə cavab verilmir
Fazil Mustafa

Bəzi dövlət qurumlarının “Qaynar xətlər”ində bir çox zənglərə cavab verilmir.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat hesab edir ki, bəzi dövlət qurumlarının yaratdığı “Qaynar xətlər” öz adına uyğun fəaliyyət göstərmir:

"Bu termin düzgün tapılmayıb. Bir çox nazirliklərdə bu nə ilıq, nə də soyuq xətdir. Bir çox zənglərə cavab verilmir. Yaxud da pullu əsasla "Qaynar xətt" anlayışı ortadan qalxmalıdır. Ona görə də məsələ həllini tapmalıdır”.

Son xəbərlər

Orphus sistemi