Deputat: "Bələdiyyə sədri yeyib-dağıdacaq, biz ona güzəşt edəcəyik?!"

Deputat: "Bələdiyyə sədri yeyib-dağıdacaq, biz ona güzəşt edəcəyik?!" "Qanun bu proseslərin də qarşısını alacaq"
Daxili siyasət
13 Mart , 2015 14:04
Deputat: Bələdiyyə sədri yeyib-dağıdacaq, biz ona güzəşt edəcəyik?!

Bakı. 13 mart. REPORT.AZ/ “Bəzi bələdiyyə sədrləri var ki, onlar özlərini kiçik padşahlar kimi aparır. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun onların qarşısında bir sipər olacaq”. “Report”un məlumatına görə, bunu deputat Fəzail İbrahimli Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bildirib.

F.İbrahimli “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulayıb.

“Bəzi bələdiyyələr də var ki, sanki bələdiyyə mülkü onun şəxsi mülküdür və istədiyi kimi idarə edə bilər. Qanun bu proseslərin də qarşısını alacaq”, - deputat deyib.

O qeyd edib ki, qanun layihəsinin çox böyük elmi və hüquqi redaktəyə ehtiyacı var. “Qanun layihəsinin 20.1-ci maddəsi etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərinin tətbiq edilməsi haqqındadır. Burada 4 intizam tədbiri vasitəsi göstərilib: töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, başqa vəzifəyə keçirmək, bələdiyyə qulluğundan azad etmək. Bələdiyyə sədrinə nə qədər güzəşt etmək olar!? O yeyib-dağıdacaq, biz ona güzəşt edəcəyik?! Bu belə olmaz. Əgər bələdiyyə sədri qaydaları pozubsa, birinci dəfə töhmət vermək, ondan sonra da işdən azad etmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi