​Ellada Məmmədli: "Demokratiya və Rifah Hərəkatına AXCP-dən də qoşulanlar var"

​Ellada Məmmədli: "Demokratiya və Rifah Hərəkatına AXCP-dən də qoşulanlar var" "Müxalifət partiyalarının əksəriyyətində avtoritar idarəetmə üsulu var"
Daxili siyasət
8 Yanvar , 2015 16:30
​Ellada Məmmədli: Demokratiya və Rifah Hərəkatına AXCP-dən də qoşulanlar var

Bakı. 8 yanvar. REPORT.AZ/ "Ədalət Partiyasından, Azərbaycan Xalq Partiyasından və digər partiyalardan Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulanlar var. İndiyə qədər Müsavat Partiyasının əməkdaşlıq edə bilmədiyi partiyalar bizə müraciət edirlər. AXCP-dən də qoşulanlar var, amma hələlik onlar təşəbbüs qrupu yaratmayıblar. Amma fərd olaraq müraciət edirlər".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Qadınlar təşkilatının sədri, yeni yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli deyib. 

O bildirib ki, ADR-ə qoşulmaq üçün olan müraciət edənlər arasında müsavatçılar çoxluq təşkil edir.

E.Məmmədlinin sözlərinə görə, hərəkat Müsavat Partiyasını hədəf götürməyib: "Müsavat Partiyasına qarşı ola bilmərik. Hər birimiz müsavatçıyıq, bu ideologiya uğrunda mübarizə aparırıq. Biz partiya qurultayına qədər Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) və İcra Aparatının düzgün işləməməsindən narazı idik. Bu müddət ərzində qanunverici orqanla İcra Aparatının Arif Hacılının nəzarətində olmasına etiraz edirdik. Qurultaydan sonrakı dövrdə isə partiya daxilində avtoritar idarəetmə üsulu, demokratiyanın olmaması, azad fikir söyləyənlərə qarşı "hakimiyyətə işləyir" damğasının vurulmasına qarşı çıxdıq. Hərəkatın yaradılmasının Müsavat Partiyasına qarşı olmasını nəyə əsasən deyirlər, anlaşılmır. Müxalifət partiyalarının əksəriyyətində avtoritar idarəetmə üsulu var. Hərə bir postda möhkəmlənib, kollegial idarəçilik sistemi yoxdur".

Son xəbərlər

Orphus sistemi