​Daha bir icra hakimiyyətində Apellyasiya Şurası yaradılıb

​Daha bir icra hakimiyyətində Apellyasiya Şurası yaradılıb Şuranın sədri icra hakimiyyəti başçısının müavini Sahib Quliyevdir
Daxili siyasət
22 Fevral , 2016 16:31
​Daha bir icra hakimiyyətində Apellyasiya Şurası yaradılıb

Bakı. 22 fevral. REPORT.AZ/ Sumqayıt Şəhər İcra Hakimiyyətində (ŞİH) Apellyasiya Şurası yaradılıb.

Bu barədə "Report"a icra hakimiyyətinin sözçüsü İqrar Eyvazov məlumat verib.

O bildirib ki, Apellyasiya Şurasının yaradılması ilə bağlı icra hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.

Sərəncamla şuranın sədri icra hakimiyyəti başçısının müavini Sahib Quliyev, üzvləri isə Hüquq şöbəsinin müdiri Həzi Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rəhimdil Əhmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şüşə Aslanova təyin edilib.

Son xəbərlər

Orphus sistemi