BŞİH Müsavat Partiyası və Milli Şuranın mitinq keçirmələrinə razılıq verib

BŞİH Müsavat Partiyası və Milli Şuranın mitinq keçirmələrinə razılıq verib Bakı Şəhər İcra Hakimiyyətində müraciətlərə baxılıb
Daxili siyasət
15 Sentyabr , 2016 12:46
BŞİH Müsavat Partiyası və Milli Şuranın mitinq keçirmələrinə razılıq verib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və partiyanın sentyabrın 18-də, saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilib.

BŞİH Milli Şuranın da mitinqlə bağlı müraciətinə cavab verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın sentyabrın 17-də, saat 15:00-dan saat 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verib.

Son xəbərlər

Orphus sistemi